“Yuventus” uduzub, “Milan” fərqi artırdı

Bu gün İtaliya A Seriyasında 5 oyun baş tutub.

“Yuventus” uduzub, “Milan” fərqi artırdı
Bu gün İtaliya A Seriyasında 5 oyun baş tutub.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, "Yuventus"un qələbəsiz oyunlar seriyası 4-ə yüksəlib.

"Qoca Sinyora" səfərdə "Latsio"ya 0:1 hesabı ilə uduzub. İqor Tudorun Roma klubunda baş məşqçi kimi debütü uğurlu alınıb. Meydan sahibləri əsas vaxta əlavə olunmuş dəqiqələrdə qələbə topunu vurublar.

"Milan" səfərdə "Fiorentina"ya 2:1 hesabı qalib gəlib. Bu qələbədən sonra xalını 65-ə yüksəldən "rossoneyerilər" 2-ci pillədəki mövqelərini möhkəmlədiblər. "Yuventus" 59 xalla 3-cüdür.

Son çempion "Napoli" öz meydanında "Atalanta"ya 0:3 hesabı ilə məğlub olub.

İtaliya A Seriyası 30-cu tur "Napoli" - "Atalanta" - 0:3 "Cenoa" - "Frozinone" - 1:1 "Torino" - "Montsa" - 1:0 "Latsio" - "Yuventus" - 1:0 "Fiorentina" - "Milan" - 1:2