Yuxu keyfiyyətini artırmaq üçün yataq otağında bu rəngdən uzaq durun

Yuxu keyfiyyətini yaxşılaşdırmaq istəyirsinizsə, dəyişiklik etməyə otağınızın tavanından başlaya bilərsiniz. İnteryer dizayn mütəxəssisləri bildirirlər ki, uzun illər yataq otaqlarında standart olaraq seçilən ağ tavan əslində rahat yuxuya mane olur.

meqale.com xəbər verir ki, Britaniyalı interyer dizayneri Benji Lewis Daily Mail qəzetinə açıqlamasında tavan rənginin otağın ab-havasına ciddi təsir göstərdiyini vurğulayıb və daha yaxşı yuxu üçün ağ rəngdən uzaq durmağı tövsiyə edib.

Lewis-ə görə, ağ rəng işığı çox güclü şəkildə əks etdirir və bu beynin istirahət rejiminə keçməsini çətinləşdirir. Küçə lampalarının və ya telefon ekranının işığı otaqda daha parlaq görünür, nəticədə yuxuya getmək çətinləşir və insan özünü kifayət qədər dincəlmiş hiss etmir.

Bundan başqa, dizayner qeyd edir ki, saf ağ rəng evdə soyuq və "xəstəxana" effekti yarada bilər.

Daily Mail-in məlumatına görə, ağ tavan əvəzinə mavi və yaşılın yumşaq tonları yataq otağında daha sakitləşdirici təsir göstərir.

Açıq mavi təbiət hissi yaratdığı üçün rahatlıq və təhlükəsizlik duyğusu verir. Boz-yaşıl tonlar isə gözləri yormadan sakitlik və tarazlıq hissi yaradır.

Qəhvəyi tonları da sakitləşdirici təsirə malikdir, lakin dizaynerlər bu rəngi tavandan çox divarlarda istifadə etməyi məsləhət görürlər.

Lewis bildirir ki, tam ağ rəngdən imtina etməyənlər daha yumşaq alternativlərdən istifadə edə bilərlər. Məsələn:

• açıq bej-boz tonuna yaxın Drop Cloth • isti və yumşaq açıq tonlu Slaked Lime