“Zamanı gələndə onların hamısını açıqlayacağam” - Şəbnəm Tovuzlu
"Mənə yaxınlarımdan böyük pislik edənlər oldu. Anladım ki, bu həyatda saf olmaq lazım deyilmiş. Özümü müdafiə etməyi bacarıram, amma bacarmamış kimi göstərirəm".
meqale.com lente istinadən bildirir ki, bunu müğənni Şəbnəm Tovuzlu deyib.
"Yaxın bildiklərimin mənə vurduqları zərbələrdən xəbərdaram. Zamanı gələndə onların hamısını açıqlayacağam.
Zərbə vuranlar evimin içindən yox, şou-biznesdəndir. Çox saflıq edirəm. Kaş ki, onlar mənim kimi böyük qəlbə sahib olsunlar. Ətrafımda tanıdıqlarımı tanıdım artıq",- deyə Şəbnəm Tovuzlu vurğulayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun