Zaporojye şəhərinə hava hücumu: 1 ölü, çoxsaylı yaralılar
5 oktyabr gecəsi Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye şəhərinə pilotsuz uçuş aparatları və qanadlı raketlərlə zərbələr endirib.
meqale.com yerli mətbuata istinadən xəbər verir ki, şəhər meri İvan Fedorovun məlumatına görə, hücum zamanı yaşayış binaları və infrastruktur obyektləri ciddi ziyan görüb, bir qadın həyatını itirib, çoxsaylı sakinlər yaralanıb.
Hadisə yerində yanğın baş verib və bəzi rayonlarda işıq, su təminatında fasilələr yaranıb. Hücum nəticəsində ən azı doqquz nəfər yaralanıb, yaralananlar arasında yeniyetmə qız da var.