Zaqatalada ağır qəzada ölən şəxsin kimliyi bilindi - yenilənib
21:10
Zaqatalada baş verən yol qəzasında ölən və yaralanan şəxsin kimliyi məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı ölən motosikletin sürücüsü 1961-ci il təvəllüdlü rayonun Muxax kənd sakini İsmayıl Məhəmməd oğlu Əminovdur.
Qəza zamanı xəsarət alan 1980-cı il təvəllüdlü rayonun Muxax kənd sakini Mənsur Saiddin oğlu Nurməmmədovdur.
Yaralanan M. Nurməmmədov piyada olub.
-------------- 19:57 Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "QAZ-3110" və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.