Zaqatalada binanın damı uçdu

Güclü külək Zaqatalada bir sıra fəsadlar törədib.

Zaqatalada binanın damı uçdu
Güclü külək Zaqatalada bir sıra fəsadlar törədib.

meqale.com APA-ya istinadən bildirir ki, ötən gün günorta saatlarından başlayaraq ölkənin şimal-qərb bölgəsində fasilələrlə güclü küləkli hava şəraiti müşahidə olunur.

Külək gecə saatlarında bölgənin Zaqatala rayonunda daha çox müşahidə olunub.

Nəticədə şəhərin Vasif Qurbanov küçəsində beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyünü güclü külək uçurub, bir sıra ərazilərdə elektrik naqillərinin qırılmasına səbəb olub.