Zaqatalada nə baş verir? - Sakinlər qorxu içində yaşayır

Son günlər baş verən güclü leysanlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli yüksəlib.

Zaqatalada nə baş verir? - Sakinlər qorxu içində yaşayır
Son günlər baş verən güclü leysanlar nəticəsində Tala çayında suyun səviyyəsi xeyli yüksəlib.

meqale.com xəbər verir ki, nəticədə çay daşaraq ərazidəki köhnə bəndi sıradan çıxarıb və yaxınlıqda yerləşən evlər üçün təhlükə yaradıb.

Sakinlər bildirirlər ki, bənd qəfil çöküb və güclü partlayış səsi eşidilib. Onların sözlərinə görə, bu vəziyyət qorxu yaradıb və bəndin yenidən tikilməsinə ehtiyac var.

Qeyd edilib ki, sözügedən bənd 1960-cı illərdə inşa olunub.

Asya Mİlli.Az