Zaurun narkomanı efirə çıxarması qalmaqal yaratdı: “Pula görə...”
Son illər yerli teleməkanda yeni "trend" yaranıb. Aparıcılar tez-tez "TikTok"da, "İnstagram"da məşhurlaşan şəxsləri efirə dəvət edir, onlarla müxtəlif məsələləri müzakirə edirlər.
"Bizimləsən" verilişinin son buraxılışında aparıcı zaur Baxşəliyevin təşəbbüsü ilə bu hadisə yenidən yaşandı. Belə ki, bu dəfə proqrama sosial şəbəkələrdə məşhurlaşan Hikmət "Sovetski" qatılıb. O, efirdə narkotikə qurşandığı illərdən danışıb.
Sözügedən şəxsin efirə çağırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb, bəziləri narkomanın televiziyalarda göstərilməsini sərt tənqid edib.