Zaxarovadan Karapetyanla bağlı açıqlama
"Ermənistanda saxlanılan Rusiya vətəndaşı, biznesmen Samvel Karapetyana Rusiyadan lazım olan bütün yardımlar göstəriləcək".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, bu mövzunu daha da müzakirə etmək üçün Rusiya tərəfi nə baş verdiyini başa düşməli, ittihamlarla tanış olmalıdır.
"Rusiya vətəndaşı və Rusiya biznesmeni kimi ona təbii ki, lazımi köməklik göstəriləcək", - Zaxarova vurğulayıb.
Qeyd edək ki, "Taşir" şirkətlərin qrupunun rəhbəri Samvel Karapetyan barəsində cinayət işi başlanılıb. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırış etməkdə təqsirləndirilir. Ermənistanda ötən gün onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.