Zaxarovadan Paşinyana: Bu, ucuz hərəkətdir!
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı açıqlamalarına münasibət bildirib.
meqale.com APA-ya istinadən bildirir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Paşinyanın açıqlamalarını ucuz adlandırıb.
"Bir müddət əvvəl həmin erməni siyasətçiləri KTMT-nin Ermənistanı tərk etdiyini bildirmişdilər. Aydınlaşdırmaq istərdim ki, KTMT artıq Ermənistana qayıdıb ki, oradan çıxa bilirsiz? İstədiyiniz qədər şifahi ekvilibristika ilə məşğul ola bilərsiniz, lakin bu, layiqsiz və ucuzdur, strateji maraqlar var və onlar haqqında düşünmək lazımdır. Cənubi Qafqaz çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilməlidir, bunun üçün hər şey var, amma bunun üçün işləmək lazımdır", deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Rusiyanın Ermənistanla həmişə dost olacağını söyləyib.