“Zəfər zirvəsi” vorkşopu keçirildi - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Qələbənin ildönümünə həsr olunmuş 18 yaşdan yuxarı rəssamlar üçün nəzərdə tutulmuş "Zəfər zirvəsi" adlı vorkşop Xətai Sənət Mərkəzində baş tutdu
Tədbirdə qonaq kimi Əməkdar Rəssam Tamella Seyidova və professor, rəssam Mənsur Cəfərov iştirak etdi. Tədbir rəssamların yaradıcı ünsiyyətini, təcrübəsini və texnika incəliklərini öz aralarında və tamaşaçılarla bölüşmə imkanına xidmət məqsədi ilə elan olunmuşdur. Hər iki günkü tədbirin İştirakçılarına sertifikatlar təqdim edildi.