Zəhərlənən məktəblilərin adları açıqlandı - YENİLƏNİB
13:50 Saatlıda mikroavtobusda dəm qazından zəhərlənənlərin adları məlum olub.
meqale.com xəbər verir ki, bununla bağlı "Report" məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər 1965-ci il təvəllüdlü müəllim Göyçək Mətləb qızı İsmayılova, 2013-cü il təvəllüdlü Fidan Seymur qızı Yarıyeva, 2014-cü il təvəllüdlü Məhəmməd Samir oğlu Nüsrəddin, Məhəmməd İlham oğlu Hüseynli, Gülüstan Rauf qızı Poladova, Təqi Azad oğlu Zahidli, Nazlı Anar qızı Həsənzadə, Səadət Rauf qızı Mənsimli və Tunar Hafiz qızı Nuriyevadır.
--------- 13:39 Dekabrın 18-də saat 11:00 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına kütləvi zəhərlənmə ilə bağlı çağırış daxil olub.
meqale.com xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə 9 nəfər yerləşdirilib. Onlara dəqiqləşdirilməmiş dəm qazı zəhərlənməsi diaqnozu qoyulub.
Zərərçəkənlərin müalicələri davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
----------- 12:30 Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.