Zelenski baş komandana müavinlər təyin etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskiyə iki müavin təyin edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, Zelenskinin qərarına əsasən, polkovnik Vadim Suxarevski və polkovnik Andrey Lebedenko Sırskinin müavinləri təyin olunublar.
Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi general-mayor Anatoli Barxileviçə də iki müavin təyin edib. Onlar briqada generalları Vladimir Qorbatyuk və Aleksey Şevçenkodur.