“Zelenski prezident seçkilərinə hazırlaşmaq barədə göstəriş verib”

Ukrayna Prezidenti Volodimir Zelenski öz ofisinə 2024-cü ilin yazında keçirilməsi planlaşdırılan prezident seçkilərinə hazırlığa başlamaq barədə göstəriş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Espresso" telekanalının efirində ukraynalı deputat Aleksey Qonçarenko açıqlayıb. 

"Məndə olan məlumata görə, Volodimir Zelenski gələn il prezident seçkiləri keçirmək barədə qərar qəbul edib. O, öz ofisinə 2024-cü il martın 31-i keçirilməsi planlaşdırılan seçkilərə hazırlaşmağa dair göstəriş verib", - deyə Ali Radanın deputatı qeyd edib. 

Bununla belə, sözügedən məlumat rəsmi olaraq təsdiq olunmayıb.