Zelenski Tuska Trampla söhbətindən danışdı

Ukrayna prezidenti Vladimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə telefon danışığı aparıb.

Zelenski Tuska Trampla söhbətindən danışdı
Ukrayna prezidenti Vladimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə telefon danışığı aparıb.

meqale.com xarici mediaya istinadla xəbər verir ki, görüş zamanı liderlər Avropa və ABŞ-ın vahid mövqeyinin formalaşdırılmasının vacibliyini müzakirə ediblər.

Danışığın əsas mövzuları ABŞ Prezidenti Donald Trampla Zelenskinin son söhbəti və ədalətli və davamlı sülh olub.  Liderlər sülh prosesinin yalnız müttəfiqlərin birliyi ilə mümkün olduğunu qeyd ediblər.

Vladimir Zelenski bildirib ki, Ukraynanın NATO-ya üzv olması ölkənin ən güclü təhlükəsizlik təminatı olacaq. O, həmçinin Ukrayna müdafiə sənayesinə investisiyaların artırılmasının əhəmiyyətini qeyd edib.

Ukrayna prezidenti Vladimir Putin haqqında sərt mövqe sərgiləyib.  Zelenski beynəlxalq ictimaiyyətin sülh üçün kollektiv təzyiq göstərməsinin zəruriliyini də vurğulayıb.