Zelenskini idarə edən odur – Sensasion iddia
Prezident Vladimir Zelenskinin öz ofisinin rəhbəri Andrey Yermakdan asılılığının artması ilə bağlı təşviş var.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms "a yüksək rütbəli hökumət, hərbi, hüquq-mühafizə və diplomatik mənbələrdən məlumat verilib.
Bəziləri Yermakı "de-fakto dövlət başçısı" və ya "Ukraynanın vitse-prezidenti" adlandırırlar.
Hərbi rəsmilər Yermakı Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının prezidentlə görüşünə mane olmaqda və onun işdən çıxarılmasını təşkil etməkdə ittiham edirlər.