Zelenskinin planı III dünya savaşına aparır - Müşavir
Ukrayna Prezidenti Vladimir Zelenskinin qələbə planı yeni dünya müharibəsinə aparan ən qısa yoldur.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin siyasi müşaviri Balaj Orban deyib.
"Ukrayna Prezidenti Vladimir Zelenskinin qələbə planı üçüncü dünya müharibəsinin başlaması üçün ən qısa yolu təmsil edir, ona görə də Macarıstan bu planı dəstəkləmir", - Orban bildirib.