“Zərbələrin coğrafiyasını genişləndirəcəyik” - Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ərazisinə yönələn uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirəcəyini bildirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident aparatı məlumat yayıb.
Zelenski bildirib ki, son dövrdə həyata keçirilən uzaqmənzilli hücumların effektivliyi təhlil olunub və yeni istiqamətlər müəyyən edilib:
"Uzaqmənzilli zərbələrimizin nəticələrini dəyərləndirdik və onların tətbiq coğrafiyasını genişləndirmək tapşırığı verdik".
Bundan əlavə, iclas zamanı Zelenskiyə Rusiyanın Ukrayna energetika obyektlərinə endirdiyi hücumlarla bağlı məruzə də təqdim olunub.