Zərdabda ağır qəza - ölən və yaralananlar var - FOTO

Zərdabda ağır yol qəzası baş verib.

Zərdabda ağır qəza - ölən və yaralananlar var - FOTO
Zərdabda ağır yol qəzası baş verib.

meqale.com xəbər verir ki, hadisə Zərdab-Ucar avtomobil yolunda qeydə alınıb.

"BMW" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.

Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Neymətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.