“Zirə” “Kəpəz”i məğlub etdi
Azərbaycan Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
meqale.com xəbər verir ki, bu gün daha bir oyun baş tutub.
"Zirə" səfərdə "Kəpəz"lə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəşad Sadıqovun komandasından qolu 64-cü dəqiqədə Salifu Suma vurub.
Qeyd edək ki, daha öncə keçirilmiş "Turan Tovuz" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib - 1:1.