“Zirə” qələbə qazandı
Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura start verilib.
meqale.com xəbər verir ki, ilk gündə bir oyun baş tutub.
"Zirə" doğma meydanda "Turan Tovuz"la qarşılaşıb. Salifu Sumanın 48-ci dəqiqədə vurduğu qol bakılılara qələbə qazandırıb - 1:0.
Bununla da Rəşad Sadıqovun komandası ardıcıl ikinci mövsümdə 67 xalla sona 3 tur qalmış Premyer Liqada ikinciliyi təmin edib.