“Zirə” Tiraspoldan qələbə ilə dönür
Bu gün Azərbaycan klubları üçün yeni avrokubok mövsümü start götürür.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, I təsnifat mərhələsindən mübarizəyə başlayan yeganə təmsilçimiz "Zirə" Avropa Liqasında ilk oyununa çıxıb.
Rəşad Sadıqovun yetirmələri Moldovada "Şerif"in qonağı olub. "Zirə" matçın 88-ci dəqiqəsində qələbə topunu vurub. Davit Volkov oyunun taleyini həll edən yeganə qolun müəllifi. Çətin qələbə cavab matçı ərəfəsində "qartallar"a böyük üstünlük qazandırıb.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 18-də Bakıda keçiriləcək.