Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı - FOTO
Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib.
meqale.com axşam.az-a istinadən bildirir ki, o, xəstəxanadan video yayımlayıb.
Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb.
Qeyd edək ki, Z.Bayramova uzun müddətdir xərçəngdən əziyyət çəkir.