Zurabişvili: "Prezident sarayını tərk etməyəcəyəm"

Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcək.

Zurabişvili:
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayını tərk etməyəcək.

meqale.com xəbər verir ki, Zurabişvili bunu brifinq zamanı deyib.

"Mən heç yerə getmirəm. Kimisə tərk etmək niyyətində deyiləm. Mən burada qalacağam", - Zurabişvili vurğulayıb.

Gürcüstan parlamenti isə sürətləndirilmiş şəkildə "Xüsusi Dövlət Mühafizə Xidməti haqqında" qanuna dəyişiklikləri qəbul edib.