1 avro 2 manat 50 qəpikdir? - RƏSMİ AÇIQLAMA
Son günlər məzənnədə 1 avronun 2 manat 50 qəpiyə qalxması ilə bağlı məlumatlar paylaşılır. Məlumata "Google" axtarış sistemində rast gəlindiyi qeyd olunur.
Mərkəzi Bankın Mətbuat Xidmətinin rəhbəri Namiq Əliyev sözügedən situasiya ilə bağlı oxuya rəsmi mənbəyə istinad edilməsinin zəruri olduğunu bildirib:
"Rəsmi məzənnəni açıqlamışıq, hər gün saytda yenilənir".
Qeyd edək ki, yayılan məlumatın əksinə olaraq, Mərkəzi Bankın məzənnəsində 1 avro 1,9911 AZN təşkil edir.