1 həftədir yoxa çıxan kişini siçanlar YEDİ - FOTO
Türkiyədə 1 həftə əvvəl ölən kişinin meyitini siçanlar yeyib.
meqale.com bildirir ki, hadisə Eskişehir şəhərinin Tepebaşı qəsəbəsində baş verib.
Üç uşaq atası olan 67 yaşlı Y.Ö.-dən xəbər ala bilməyən qohumları polisə məlumat veriblər. Verilən ünvana gedən polislər yaşlı adamı yerdə uzanıqlı halda tapıblar. Onun meyitinin bir hissəsinin siçanlar tərəfindən yeyildiyi məlum olub.