100 il sonra bu şəhərlər xəritədən silinə bilər - Siyahı təqdim edildi

Yeni bir araşdırma iqlim böhranının növbəti əsrdə dünya xəritəsini dəyişdirəcəyini ortaya qoyub.

100 il sonra bu şəhərlər xəritədən silinə bilər - Siyahı təqdim edildi
Yeni bir araşdırma iqlim böhranının növbəti əsrdə dünya xəritəsini dəyişdirəcəyini ortaya qoyub.

meqale.com xəbər verir ki, dəniz səviyyəsinin qalxması səbəbindən otuz yeddi şəhər yox olmaq təhlükəsi ilə üzləşir. İstanbul və İzmir də siyahıdadır.

"Swiftest"in hesabatına görə, dəniz səviyyəsinin qalxması və daşqınlar səbəbindən 100 il ərzində 37 şəhər xəritədən silinmə təhlükəsi ilə üzləşir.

Hesabatda Türkiyənin İstanbul və İzmir şəhərləri risk altında olan şəhərlər kimi yer alır. Qlobal istiləşmənin və iqlim böhranının təsirləri növbəti əsrdə dünyanı sözün əsl mənasında dəyişdirə bilər. Yeni bir araşdırmaya görə, növbəti 100 il ərzində 37 şəhər xəritədən tamamilə silinmə təhlükəsi ilə üzləşir. 

100 ildə xəritədən silinmə təhlükəsində olan şəhərlər:   Tokio - Yaponiya Mumbay - Hindistan Nyu-York - ABŞ Osaka - Yaponiya İstanbul - Türkiyə İzmir - Türkiyə Kolkata - Hindistan Banqkok - Tayland Cakarta - İndoneziya London - İngiltərə Dakka - Banqladeş Ho Şi Min - Vyetnam San-Fransisko - ABŞ Mayami - ABŞ İsgəndəriyyə - Misir Sidney - Avstraliya Boston - ABŞ Lissabon - Portuqaliya Dubay - Birləşmiş Ərəb Əmirlikləri Vankuver - Kanada Əbu-Dabi - Birləşmiş Ərəb Əmirlikləri Kopenhagen - Danimarka Yeni Orlean - ABŞ Dublin - İrlandiya Honolulu - ABŞ Amsterdam - Hollandiya Kankun - Meksika Venesiya - İtaliya Çarlston - ABŞ Makao - Çin Male - Maldiv adaları Lonq Biç - ABŞ Savanna - ABŞ Nassau - Baham adaları Punta Kana - Dominikan Respublikası Ki-Uest - ABŞ Kokbern Taun - Terks və Kaykos Adaları