Nadir Əliyev və Anar Məmmədov oğurluğa görə saxlandılar

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayonun Üçtəpə kənd sakinin evindən ümumi dəyəri 1900 manat olan məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nadir Əliyev və Anar Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, N. Əliyev sözügedən ərazidən daha bir vətəndaşa məxsus mənzildən də 1550 manat dəyərində məişət əşyaları oğurlayıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir