100 milyard dollar sərvəti olan ilk qadın

Fransız sahibkar Fransuaza Bettancur Meyers dünyanın 100 milyard dollardan çox sərvəti olan ilk qadını olub.

100 milyard dollar sərvəti olan ilk qadın
Fransız sahibkar Fransuaza Bettancur Meyers dünyanın 100 milyard dollardan çox sərvəti olan ilk qadını olub.

meqale.com oxuya istinadən bildirir ki, o, "Lancome", "Yves Saint Laurent", "Biotherm", "Garnier" və s. onlarla məşhur brendin daxil olduğu "L'Oréal" imperiyasının varisidir.

Məlumata görə, dekabrın 28-də onun sərvəti 100,2 milyard dollara yüksəlib. Bu əlamətdar hadisə babasının qurduğu "L'Oréal" şirkətinin səhmlərinin rekord həddə bahalaşması sayəsində mümkün olub.

Buna baxmayaraq, o, dünyanın ən zəngin insanları arasında 12-ci yerdədir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun