Zəfər paradına o, aparıcılıq edəcək
Üç gün sonra Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş Zəfər paradı keçiriləcək.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, parada aparıcılıq AzTV-nin siması Mümtaz Xəlilzadəyə həvalə edilib.
Artıq aparıcı məşqlərə də başlayıb.
Budəfəki parada da Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev komandanlıq edəcək.