11 müəssisədə nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən meqale.com-a verilən məlumata görə, respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 4 ticarət müəssisəsi, o cümlədən 3 aptek və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar aşkarlanıb.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 7, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Monitorinq nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№
Sahibkarlıq subyekti
Ünvan
Aşkar olunan nöqsanlar
İctimai iaşə müəssisələri
1
"Ləziz Dad" kabab evi
Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9C
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2
"Köz Dönər Tantuni" restoranı
Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, S.Ə.Şirvani küçəsi, ev 9
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
3
"Çiy Köftəci Semih Usta" restoranı
Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 51
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
4
"Abi Dönər" dönər evi
Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
5
"Zəm-Zəm" restoranı
Şamaxı rayonu, M.Ə.Rəsulzadə küçəsi
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
6
"Şah" dönər evi
Şamaxı rayonu, C.Cabbarlı küçəsi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
7
"Mandarin" restoranı
Lənkəran rayonu, Göyşaban kəndi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
8
"Fərman" kafesi
Gəncə şəhəri, Ə.Seyfi küçəsi, ev 4, dalan 9
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
9
"3 Qazan" restoranı
Gəncə şəhəri, Ş.Bahəddin küçəsi, ev 22m
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
10
"Eden" restoranı
Gəncə şəhəri, N.Nərimanov prospekti, ev 7, m.29
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
Ticarət obyektləri
11
Şamaxı "Təzə Baza" mağazası
Şamaxı rayonu, N.Hikmət küçəsi
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi