133 milyon sərvəti var, evsiz qalıb - Klubun bazasında yaşayır
"Real Madrid"in və Braziliya millisinin əfsanəvi futbolçusu Roberto Karlos çətin günlər yaşayır.
meqale.com qaynarinfo-ya istinadən xəbər verir ki, braziliyalı əfsanə 2009-cu ildən evli olduğu 7-ci arvadı Mariana Lukondan boşanmaq üzrədir.
Son zamanlar özəl həyatı ilə tez-tez gündəmə gələn braziliyalı ulduz bu dəfə boşanma xəbəri ilə gündəmə düşüb. "The Sun"un məlumatına görə, , Roberto Karlos yeddinci arvadı Mariana Lukondan boşanır. Ümumilikdə 7 fərqli qadından 11 uşağı olan (məlum olan) Roberto Karlos 15 il əvvəl Mariana Lukkonla evlənib. Cütlüyün bu evlilikdən Manuela və Mariana adlı iki qızı var.
Onun 133 milyon funt-sterlinq dəyərində sərvətinə görə boşanma prosesinin mürəkkəb olacağı gözlənilir. Boşanma qərarından sonra Mariana Lukon cütlüyün əsas evində yaşamağa davam edir.