15 manatla ev sahibi olmaq mümkündür - Qiyməti siz təyin edin
Azərbaycanda ev almaq üçün hərrac sistemi var.
meqale.com-ın məlumatına görə, müəyyən mənzillərin satışa çıxarıldığı elektron hərrac sistemi vasitəsilə vətəndaşlar qiymət təklif etməklə evləri daha sərfəli qiymətə əldə edə bilirlər.
Qeyd edək ki, hərrac sistemi Ədliyyə Nazirliyinin təşkil etdiyi dövlət layihəsidir, buna görə də aldatma və ya fırıldaqçılıq riski yoxdur.
Hərracda iştirak etmək üçün 15 manat iştirak haqqı ödənilir və evin müəyyən faizində beh qoyulur. İştirakçı hərracda təklif etdiyi qiymətlə evin alınmasına səy göstərir. Əgər hərracda mənzil udularsa, təklif edilən qiymətə mənzil alınmaldır. Alınmadığı təqdirdə beh geri qaytarılmır. Ev satılmazsa, ödənilən beh 5-7 iş günü ərzində geri qaytarılır. Bu halda iştirakçının itkisi yalnız 15 manat olur.
Hərrac haqqında bütün məlumatları, şərtləri, qaydaları və satışa çıxarılan mənzillərin siyahısını herrac.gov.az saytından əldə etmək mümkündür.