16 yaşlı futbolçudan REKORD

"Barselona"nın 16 yaşlı hücumçusu Yamal İspaniya Kral Kubokunda rekorda imza atıb. 

16 yaşlı futbolçudan REKORD
"Barselona"nın 16 yaşlı hücumçusu Yamal İspaniya Kral Kubokunda rekorda imza atıb. 

meqale.com lente istinadən xəbər verir ki, Kataloniya klubunun 16 yaşlı vingeri Kral Kubokunun 1/4 finalında "Atletik"ə qol vuraraq, 21-ci əsrdə bu turnirdə qol vurmuş ən gənc oyunçu ünvanına sahib çıxıb.

"Atletik"lə görüşdə start heyətində meydana çıxan Lamin matçın 32-ci dəqiqəsində fərqlənib. Bu göstəricidə rekord Xuanmi Ximenezdə idi. O, 2010-cu ildə 16 yaş 238 günlüyündə Kral Kubokunun 1/8 finalında "Xetafe" forması ilə "Malaqa"ya qol vurub.