24 Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında xidmətə başladı
2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.
meqale.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimində deyib.
Baş prokuror qeyd edib ki, onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cü ildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.