26 yaşlı gənc faciəvi şəkildə öldü

Daşkəsəndə bədbəxt hadisə baş verib.

26 yaşlı gənc faciəvi şəkildə öldü
Daşkəsəndə bədbəxt hadisə baş verib.

meqale.com xəbər verir ki, yerli bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən binaların birində qeydə alınıb.

26 yaşlı E.Vəliyev binanın 2-ci mərtəbəsinin pilləkənindən 1-ci mərtəbəsinə yıxılıb.

Gənc oğlan aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.   /APA