“28 Mall”a giriş bərpa olundu - YENİLƏNİB
"28 Mall" ticarət mərkəzinə giriş bərpa edilib.
meqale.com xəbər verir ki, bu barədə ticarət mərkəzinin sosial şəbəkə hesabındakı paylaşımda deyilir.
"28 Mall-da yaranmış texniki nasazlıq aradan qaldırılıb və ticarət mərkəzinə giriş bərpa edilib.
Hər birinizə xoş həftəsonu və alış-verişlər arzulayırıq", - deyə paylaşımda bildirilir.
xxx
11:11
28 Mall" Ticarət Mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb.
Bu barədə meqale.com-a ticarət mərkəzindən bildirilib.
Texniki səbəblə bağlı "28 Mall" Ticarət Mərkəzində işıqlar sönüb:
"Təhlükəsizlik məqsədilə ticarət mərkəzinə giriş müvəqqəti olaraq məhdudlaşdırılıb. Günün ikinci yarısında ticarət mərkəzinə daxil olmağın mümkün olacağını düşünürük. Bununla bağlı bir qədər sonra yenidən sizə məlumat verəcəyik.