28 yaşlı kişiylə evləndirilən 13 yaşlı qızdan yeni xəbər - FOTO

Konyada özündən 15 yaş böyük kişi ilə "nişanlı" olan 13 yaşlı qız dövlət himayəsinə götürülüb.

28 yaşlı kişiylə evləndirilən 13 yaşlı qızdan yeni xəbər - FOTO
Konyada özündən 15 yaş böyük kişi ilə "nişanlı" olan 13 yaşlı qız dövlət himayəsinə götürülüb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Beyşehir rayonunda özündən 15 yaş böyük Əli G. ilə ailəsi tərəfindən nişanlanan 13 yaşlı qız Ailə və Sosial Xidmətlər İl Müdirliyi tərəfindən dövlət himayəsinə götürülüb.

Jandarma C.S., atası Osman S. və kürəkəni Əli G. və digər ailə üzvlərinin də ifadələrini alıb.

C.S ilk ifadəsində nişanın öz xahişi ilə edildiyini, ailəsindən heç bir təzyiq olmadığını, nişanlısını sevdiyini, ata Osman S.-nin isə nişanlılıqdan qaçmaq üçün etdiklərini söyləyib. Qızlarından birinin 16 yaşında ikən evdən qaçaraq sevdiyi adamla evlənmək istəməsi və bu yaşına çatdıqdan sonra bunu etdikləri, toy planlaşdırdıqlarını söylədikləri öyrənilib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun