3 uşaq anası intihar etdi
Ağdamda intihar hadisəsi baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ballar kəndində 2001-ci il təvəllüdlü İ.Əliyeva özünü asıb.
İlkin məlumata əsasən, qadın ailəli olub, hadisədən əvvəl ailədaxili münaqişə səbəbindən 3 körpə övladını da götürərək atası evinə gəlib.
İntihar hadisəsi də 23 yaşlı qadının atasının evində qeydə alınıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.