Sabiq prokurora yeni vəzifə verildi - FOTO

Azərbaycan Respublikası Baş Prokurorluğunda növbəti kadr təyinatı baş tutub. 

Sabiq prokurora yeni vəzifə verildi - FOTO
Azərbaycan Respublikası Baş Prokurorluğunda növbəti kadr təyinatı baş tutub. 

meqale.com manset.az-a istinadən bildirir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini təyin edilib.  

Səbuhi Şahverdiyev yeni vəziyəyə təyinatı ilə bağlı faktı Manset.az-a təsdiq edib.

Qeyd edək ki, Səbuhi Şahverdiyev uzun illər Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb. O, 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.