31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Məzahir Pənahov

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb -  Məzahir Pənahov
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Namizədliyi irəli sürülənlər arasında 24 siyasi partiyanın 449 nümayəndəsi var. Namizədliyi təsdiq olunan 999 nəfərdən 395-i siyasi partiyaların nümayəndələridir. İndiyə qədər 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb", - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.