4 manata keçəllikdən ömürlük qurtuldu - FOTO
Kişilərdə saç tökülməsi çoxlarına tanış olan narahatedici proses olmaqla yanaşı, bu hal həm görünüşə təsir göstərir, həm də özünəinamı azalda bilir. Saçların seyrəlməsi müxtəlif səbəblərdən yarana bilər və buna genetika, stres, həyat tərzi və ya səhhət amilləri daxil olur. Bu problem adətən yavaş şəkildə inkişaf edir və vaxtında diqqət edildikdə daha yaxşı şəkildə idarə oluna bilir.
meqale.com xəbər verir ki, Azər Nəsirov adlı sosial şəbəkə istifadəçisi təbii üsulla saçlarının gurlaşdığını bildirib. O, özünəməxsus üsulla 4-5 aya ciddi nəticə əldə edib.
"Məni tanıyanlar bilir ki, 2020-ci ilə qədər başım keçəl olub. 2020-ci ildə bir kitabda oxudum ki, əməköməci (yabanı bitən, hər yerdə rast gəlinən ot) keçəlliyin dərmanıdır. Əməköməcini yığıb yaxşıca yuyub, ətçəkən maşından keçirdikdən sonra dermaroller (tikanlı diyircəkli daraq) ilə başımı daradım. Sonra cunaya yığdığım əməköməcinin suyunu başıma vurdum. Həftədə 3 dəfə, 4-5 ay bu prosesi davam etdirdim. Qısa müddət ərzində qara və sağlam saçlarım çıxmağa başladı. Artıq 5 ildir tökülmür. Bir də şampun istifadə etməyin, saçlarınızı Nevskaya sabun 140 q "Deqtyarnoe" ilə yuyun", - Azər Nəsirov yazıb.
O, sözügedən proses üçün ümumi 3-4 manat xərclədiyini bildirib.
Qeyd edək ki, əməköməci bitkisinin sağlamlıq üçün bir sıra yumşaldıcı və sakitləşdirici təsirlərə malik olduğu bildirilir. Bitkinin tərkibindəki selikli maddələr əsasən boğaz, dəri və həzm sistemi üzərində rahatlaşdırıcı rol oynayır.
Məlumata görə, əməköməci dəmləməsi boğazda yaranan qıcıqlanmanı azalda və öskürəyi yüngülləşdirə bilər. Eyni zamanda, çayın mədə turşuluğu və qıcıqlanması zamanı müəyyən rahatlıq yaratdığı da vurğulanır.