41 yaşında yenidən boksa qayıdır

Boks üzrə rusiyalı keçmiş dünya çempionu Ruslan Provodnikov yenidən peşəkar karyerasını bərpa etmək qərarına gəlib.

41 yaşında yenidən boksa qayıdır
Boks üzrə rusiyalı keçmiş dünya çempionu Ruslan Provodnikov yenidən peşəkar karyerasını bərpa etmək qərarına gəlib.

meqale.com TASS-a istinadən xəbər verir ki, 41 yaşlı idmançı iyunun 7-də Krasnoyarskda rinqə çıxacaq.

"Mən azyaşlı deyiləm. Döyüş baş tutacaq, amma bunu ciddi qəbul etmək lazım deyil. Bu, revanş görüşüdür. Rəqibim yaxşı rəqibdir. Publikanı əyləndirmək üçün boks şousu göstərəcəyik", - Provodnikov bildirib.

Xatırladaq ki, Ruslan Provodnikov qazandığı 25 qələbə (18-i nokautla) və 5 məğlubiyyəti var. İdmançı 2016-cı ildə son peşəkar döyüşündə amerikalı rəqibi Con Molina ilə bacarmayıb.