5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

2019-cu ildə Minsk qrupunun həmsədrləri Nikol Paşinyan hökumətinə Kəlbəcər və Laçının Ermənistanın tərkibində saxlanılması ilə sülhün əldə edilməsini təklif etdi.

meqale.com Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni siyasətçi Levon Zurabyan deyib.

Siyasətçinin sözlərinə görə, Paşinyan 5 il əvvəl həmsədrlərin bütün təkliflərini rədd edib:

"Bu sülh sazişində Qarabağın statusunun həlli məsələsinin gələcək nəsillərə saxlanılması, orada uzunmüddətli şəkildə sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulurdu. Lakin Nikol Paşinyan bunu qəbul etmədi. Həmçinin belə bir təklifin olduğunu xalqa açıqlamadı. 2020-ci ildə Qafanda keçirdiyi o məşhur mətbuat konfransında masada müzakirə üçün heç bir sənədin olmadığını dedi".