50-60 ilin ən soyuq qışı – Dekabrdan fevrala qədər hər yer buz bağlayacaq...
Son 50-60 ilin ən soyuq dövrlərindən biri proqnozlaşdırılır.
meqale.com xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı (WMO) xəbərdarlıq edib.
Beynəlxalq qurum 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər hava hadisələrinin proqnozlarına dair yeni hesabat dərc edib. Hesabatda planeti sərinləşdirən La Nina effektli hava şəraitinin yaxın 3 ay ərzində baş verəcəyi bildirilir.
La Nina effektinin zəif və qısa müddətli olacağı da ehtimallar arasındadır.