61 yaşlı idmançı Paris Olimpiya Oyunlarında rekord qırdı

Stolüstü tennislə məşğul olan 61 yaşlı idmançı Ni Xialian Parisdə keçirilən Olimpiya Oyunlarında yaş rekordu vurub.

61 yaşlı idmançı Paris Olimpiya Oyunlarında rekord qırdı
Stolüstü tennislə məşğul olan 61 yaşlı idmançı Ni Xialian Parisdə keçirilən Olimpiya Oyunlarında yaş rekordu vurub.

meqale.com lente istinadən xəbər verir ki, Ni Xialian stolüstü tennis turnirinin ikinci turunda 31 yaşlı türkiyəli atlet Sibel Altınkayanı məğlub edib.

Şənbə günü, iyulun 27-də Lüksemburq təmsilçisi Xialian ilə türkiyəli qadın üz-üzə gəlib, onların görüşü 49 dəqiqə davam edib və 4-2 hesabı ilə Ni Xialyanın xeyrinə başa çatıb.

Çindən olan Xialian Olimpiadada qalib gələn ən yaşlı stolüstü tennisçi olub.

Ni altı Yay Olimpiya Oyunlarında iştirak edib. İdmançı həmçinin 1983-cü il Dünya Çempionatında komandada iki qızıl qazanıb. Ni Xialyanın 1998 və 2002-ci illərdə Avropa çempionatında qazandığı üç qızıl medalı var.

Stolüstü tennis üzrə turnirə avqustun 10-da yekun vurulacaq. Ötən gün qadınlar arasında üçüncü yer və final uğrunda görüşlər keçirilib.

Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.