Növbəti "Qalatasaray" - "Qarabağ" dueli olacaq

Sizə şad xəbər vermək istərdim ki, qarşıdakı dövrdə "Qarabağ"la oyunumuz olacaq.

Növbəti
Sizə şad xəbər vermək istərdim ki, qarşıdakı dövrdə "Qarabağ"la oyunumuz olacaq.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə "Qalatasaray"ının prezidenti Dursun Özbək SOCAR-la sponsorluq müqaviləsinin imzalanma mərasimində deyib.

"Qarabağ Azərbaycan və Türkiyə üçün çox önəmlidir. "Qalatasaray" da burada mövqeyini göstərmək üçün "Qarabağ"ı qardaş klub seçdi. İdmanla bağlı təcrübəmizi Azərbaycanla bölüşməliyik. Bu, bir millət olmağın tələblərindən biridir", - deyə D.Özbek bildirib.