61 yaşlı kişi spirtli içkidən öldü
Gəncə sakini qəfildən dünyasını dəyişib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü A.Novruzov spirtli içkinin təsirindən ölüb.
Mərhum ekspertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.