79 yaşlı məşhur aktyor həbs oluna bilər
Cinsi təcavüzdə ittiham olunan, Cənubi Koreyanın "Squid game" serialının aktyoru O Yeonq-su bir il müddətinə həbs edilə bilər.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, bu, Cənubi Koreya prokurorluğunun tələb etdiyi müddətdir. 79 yaşlı aktyorun cəzası mart ayında açıqlanacaq.
Ölkənin "Yonhap" xəbər agentliyinin məlumatına görə, şikayətçi xanım 79 yaşlı aktyorun 2017-ci ildə onu öpdüyünü və icazəsiz bədəninə toxunduğunu bildirib.
Yeonq sonuncu məhkəmə iclasında da iddiaları təkzib edib.
Qeyd edək ki, sözügedən ekran işində "001" nömrəli oyunçunu canlandıran aktyor "Qızıl qlobus" alan ilk koreyalıdır. O, sözügedən obraza görə "Emmi" mükafatına da layiq görülüb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun