“Nəfəsin potensialı yoxdur, ifaçı deyil…”
Müğənni Vüsal Hacıyev canlı yayımda həmkarı Nəfəs barədə sərt açıqlamalar verib.
meqale.com xəbər verir ki, o, Nəfəsi ifaçı kimi qəbul etmədiyini və onun sənət potensialı görmədiyini bildirib.
Vüsal Hacıyev Nəfəsin ifa baxımından Damla və Kəmalə Günəşlidən daha zəif olduğunu qeyd edib.
Hacıyev bildirib ki, Nəfəs sevilən sima olsa da, onun öz sənət yolu var və bu, ifaçılıq potensialı ilə bağlı deyil. Müğənni əlavə edib ki, Nəfəslə duet oxumağı da düşünmür, çünki onda lazımi potensial görmür.
Açıqlamasında Damla haqqında da danışan Vüsal Hacıyev onun səsinin gözəl olduğunu və ifa imkanlarının daha geniş olduğunu vurğulayıb.
Verilişdə səslənən bu fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.